Almaniya və Argentina yığmaları 1/4 finalda rəqib oldular
28.06.2010 - 00:22
Almaniya və Argentina yığmaları 1/4 finalda rəqib oldular
Cənubi Afrika Respublikasında təşkil olunan dünya çempionatında Uruqvay və Qananın ardınca bu gün 1/4 finala yüksələn daha iki milli komanda bəlli olub. Apasport.az saytının xəbərinə görə, xoşbəxtlər sırasına Almaniya və Argentina yığma komandaları da qoşulublar.

Günün ən maraqlı qarşılaşması sabiq dünya çempionları - Almaniya və İngiltərə arasında keçirilib. Britaniyalıların səriştəsizliyi ucbatından bu kollektivlərin daha tez qarşılaşması onların yarışı dayandırması ilə nəticələnib. Kobud hakim səhvi ilə yadda qalan oyunda almanlar 4:1 hesabı ilə qələbə qazanıblar. Belə ki, hesab 2:1 almanların xeyrinə olarkən, hakim ingilislərin təmiz qolunu hesaba almayıb.

Fransızların səriştəsizliyi ucbatından 1/8 finala adlayan Meksika da mundialla vidalaşıb. Xavyer Agirrenin yetirmələrini qrup mərhələsində 100 faizlik nəticə göstərən Argentina yığması ilə bacara bilməyiblər. Dieqo Maradonanın komandası 3:1 hesabı ilə qələbə qazanaraq 1/4 finala yüksəlib.

Qeyd edək ki, 1/4 finalda Almaniya və Argentina komandaları qarşılaşacaqlar.


27 iyul

19:00 ALMANİYA – İNGİLTƏRƏ - 4:1
QOLLAR: Kloze, 20; Podolski, 33; Milner, 67; 70 - Upson, 37
Blumfonteyen. "Fri Steyt" stadionu.
Baş hakim: Xorxe Larrionda (Uruqvay)
ALMANİYA: Noyer, Fridrix, Xedira, Şvaynştayqer, Özil, Podolski, Kloze, Müller, Lam, Mertezaker, Boatenq.
İNGİLTRƏ: Ceyms, Conson, Eşli Koul, Cerrard, Terri, Lempard, Runi, Berri, Apson, Milner, Defo.


23:30 ARGENTİNA - MEKSİKA - 3:1
QOLLAR: Teves, 26; 52; İquain, 33 - Ernandes, 71
Yohannesburq. "Sokker Siti" stadionu.
Baş hakim: Roberto Rozetti (İtaliya)
ARGENTİNA: Romero, Demişelis, Burdisso, Hayntse, De Mariya, İquain, Messi, Teves, Maskerano, Otamendi, M. Rodriqes.
MEKSİKA: Peres, F. Rodriqes, Salsido, Markes, Osorio, Torrado, Ernandes, Xuares, Dos Santos, Quardado, Bautista.