Fabio Kapello darmadağında hakimi günahlandırdı
27.06.2010 - 23:02
“Hakim səhvi oyunun taleyini həll etdi. Əgər ədalət təmsilçisi Lempardın vurduğu qolu hesaba alsa idi, qarşılaşma təmiz başqa məcraya yönələcəkdi. Təbii ki, bu səhvlər bir neçə dəfə təkrarlandı. Bu isə almanlar üçün əsl bayram oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri dünya çempionatının 1/8 finalında Almaniyaya 1:4 hesabı ilə uduzan İngiltərə millisinin baş məşqçisi Fabio Kapello deyib.
İtaliyalı mütəxəssis bildirib ki, birinci hissədən fərqli, ikinci hissədə irəli atılan komandası qələbə də qazana bilərdi. Lakin yetirmələri əks-hücumlar zamanı mövqe səhvlərinə yol verdikləri üçün məğlub olublar: “İkinci hissədə qapı tiri və ya sonda dəqiqliyin çatmaması ziyanımıza işlədi. Bundan məharətlə istifadə edən almanlar isə əks-hücumlarda fərqləndilər”.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0