Maradona: Heç kim bizə problem yarada bilməz!
28.06.2010 - 09:10
“Biz meydana çıxıb öz oyunumuzu oynadıq. Rəqiblə müqayisədə yetirmələrim gözəl çıxış etdilər. Bəzi səhvlər olsa da, bu başadüşüləndir və qarşılaşmanın nəticəsinə heç bir təsir etmədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Argentina millisinin baş məşqçisi Dieqo Maradona deyib.
Argentina yığması dünya çempionatının 1/8 finalında Meksika üzərində 3:1 hesablı qələbə qazanıb. Əfsanəvi futbolçu bildirib ki, güclü heyətə malik olan komandası üçün heç bir yığma problem yarada bilməz: “Bizə heç kim problem yarada bilməz. Çünki çox güclü və təcrübəli futbolçulardan ibarət heyətimiz var. Bu heyətlə isə məğlub olmaq düzgün olmaz. Azarkeşlərimiz qələbələrin davamını gözləsinlər”.
Qeyd edək ki, Argentina millisi 1/4 finalda Almaniya yığması ilə qarşılaşacaq.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0