Laşa Taveluri Qurban Qurbanovdan güclü çıxdı
28.06.2010 - 10:19
Çexiyanın Teplise şəhərində yeniyetmə oğlan və qızlar arasında start götürən cüdo üzrə Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın son günündə tatamiyə çıxan idmançılarımız ümidləri doğrultmayıblar.
Belə ki, 81 kq çəki dərəcəsində mübarizə aparan Qurban Qurbanov ilk görüşdə gürcü Laşa Taveluriyə məğlub olub. Ən ağır çəki dərəcəsində qüvvəsini sınayan Adəm Ələsgərli (+90 kq) də komanda yoldaşının “uğurunu” təkrarlayıb. Almaniyalı Paul Elmlə döyüşdə rəqib qalib gələrək növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, Avropa birinciliyinə 9 cüdoçu ilə qatılan yığmamız komanda hesabında da 9-cu olub. Həmyerlilərimizdən Mehman Sadıqov (50 kq) qızıl, Hüseyn Rəhimli (60 kq) bürünc medal qazanıblar. Komandamızın digər üzvləri Cəlil Cəlilov (66 kq), İsgəndər Talışinskiy (55 kq), Məhəmməd Hüseynov (73 kq), Aygün Məmmədova (48 kq) və Şəfəq Muradzadə (52 kq) isə məğlubiyyətlə yadda qalıblar.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0