Boksçularımız Avropa çempionatından 1 qızıl, 3 gümüş, 2 bürünc medalla qayıdırlar
28.06.2010 - 10:36
Ukraynanın Lvov şəhərində yeniyetmələr arasında keçirilən boks üzrə Avropa birinciliyinin qalibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarışa 11 boksçu ilə yollanan Azərbaycan yığma komandası uğurlu çıxışı ilə yadda qalıb.
Belə ki idmançılarımız Lvovda 6 medal qazanıblar. Komandamızın heyətində bütün rəqiblərinə qalib gələn Rəvan Əliyev (70 kq) Avropa çempionu adına layiq görülüb. Yalnız həlledici döyüşdə məğlub olan Fərid İsmayılov (52 kq), Alim Abbasov (54 kq) və
Rauf Rəhimov (75 kq) gümüş medalla kifayətləniblər. Hüseyn Nərimanlı (46 kq) və Nəbi Bağırov (63 kq) isə bürünc medala layiq görülüblər.
Qeyd edək ki, qitənin ən mötəbər yarışında 30 ölkədən 220 boksçu mübarizə aparırdı.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0