Növbəti 1/4 final cütü: Hollandiya - Braziliya
29.06.2010 - 00:21
Növbəti 1/4 final cütü: Hollandiya - Braziliya
Dünya çempionatının final mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, baş tutan iki qarşılaşma ilə mundialın 1/4 final mərhələsinə vəsiqə qazanan daha 2 milli komanda müəyyənləşib.

Günün ilk matçında Avropa təmsilçiləri – Hollandiya və Slovakiya üz-üzə gəliblər. Dünya çempionatının seçmə və final mərhələsində məğlub olmayan “narıncılar” bu matçı da qələbə ilə başa vurublar. Son dünya çempionlarını mübarizədən kənarlaşdıran Slovakiya futbolçuları isə 1/8 final mərhələsində mübarizəni dayandırıblar.

Digər matçda isə 2 Cənubi Amerika komandası üz-üzə gəlib. 5 qat dünya çempionları Braziliya Çili yığmasını sınağa çəkib.

Seçmə mərhələdə qrup qalibi olan Dunqanın yetirmələri bu matçda da sensasiya imkan verməyiblər. İndiyə kimi 65 dəfə qarşılaşan bu komandaların duelində “sambaçılar” 47-ci qələbələrini rəsmiləşdiriblər.

Qeyd edək ki, 1/4 finalda Hollandiya və Braziliya yığma komandaları üz-üzə gələcəklər.


28 iyun, 1/8 final

19:00 HOLLANDİYA – SLOVAKİYA - 2:1
QOLLAR: Robben, 18, Sneyder, 84 - Vittek (pen) 90+4
Durban. Şəhər stadionu
Hakim: Alberto Undiano (İspaniya)
HOLLANDİYA: Stekelnburq, Van der Viel, Heytinqa, Mateysen, Van Bronkhorst (k), Van Bommel, Kuyt, De Yonq, Van Persi, Sneyder, Roben.
SLOVAKİYA: Muxa, Pekarik, Şkrtel, Zabavnik, Vays, Vittek, Ştok, Duritsa, Hamşik (k), Yendrişek, Kuçka.


23:30. BRAZİLİYA – ÇİLİ - 3:0
QOLLAR: Juan, 34; Fabiano, 37; Robinyo, 59
Yohannesburq. Ellis Park stadionu
Hakim: Hovard Uebb (İngiltərə)
BRAZİLİYA: Sezar, Maykon, Lusio, Juan, Bastos, Alveş, Silva, Kaka, Ramires, Fabiano, Robinyo.
ÇİLİ: Bravo, Fuentes, İsla, Vidal, Xara, Kontreras, Karmona, Qonsales, Sançes, Suazo, Bosejur.