Dunqa: Braziliya yığmasının bütün nəsli finala çıxacağımıza əmindir
29.06.2010 - 08:57
Dunqa: Braziliya yığmasının bütün nəsli finala çıxacağımıza əmindir
”Tamamilə bütün komponentlərdə oyunumuzu yaxşılaşdırmalıyıq. Çili yığması kifayət qədər yaxşı oynadı, topla daha çox davranırdı, ötürmələrdə əla oynayırdı. Xoşbəxtlikdən oyunu öz nəzarətimizdə saxlaya bildik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Braziliya yığmasının baş məşqçisi Dunqa deyib.

Dünya çempionatının 1/8 final mərhələsində Çili yığmasını böyük hesabla yenən (3:0) pentakampeonlar liderlərindən olan, oyunun ən yaxşı futbolçusu seçilən Robinyonun nəhayət, qol hesabını açmasına sevindi. Dunqanın fikrincə, bütün komanda bu hücumçu kimi aqressiv oynayır: “Robinyo çox cəld və texnikalı futbolçudur, üstəlik, aqressiv oynayır.

Hərçənd bu gün bütün komandamız belə oynayırdı. Mən heç kimi aldatmaq istəmirdim, belə də etməyəcəyəm. Çili yığmasının fotoqrafı həmişə məşqlərimizdə iştirak edirdi, baş verənlərin hamısını çəkir, oyunçularımızı görürdü. Felipo Melo ilə Elanonun heyətə düşməməyi zədəyə görə yox, digər futbolçuların daha yaxşı hazırlıqlı olması üzündən idi. Mən demişəm ki, burada yığmanın bütün üzvləri bərabər vəziyyətdədir. Heyətə isə bilavasitə oyun öncəsi müəyyənləşdirirəm”.

Çili ilə oyunun artıq keçmişdə qaldığını deyən Dunqa növbəti rəqib haqda düşünür. Braziliyalılar ¼ finalda görüşəcəkləri Hollandiya yığmasını oteldə təhlil edəcəklər: “Braziliya yığmasının bütün nəsli finala çıxacağımıza əmindir. Heç vaxt psixologiya ilə bağlı problem yoxdur. Hərçənd dünya çempionatına qədər nədənsə çoxları bizə inanmırdı. Deyirdilər ki, yüksək məqsədə çatmaq üçün yığmamızda kifayət qədər ulduz yoxdur. Ancaq son oyunlarımız bizim azarkeşlərə inamı qaytardı. Biz bunu görür və hiss edirik. İndi başqa vaxtdır. Çoxları bu dünya çempionatı Cənubi Amerika futbolunun turniri adlandırsa da, hollandlar favoritlər arasında qalır. Onlar oturulmuş heyətə malikdir, topa əla nəzarət edir. Oyun çətin olacaq, əvvəlkilərə bənzəməyəcək”.