Əliyevin proqnozu: Hollandiya – Almaniya finalı olacaq
05.07.2010 - 14:09
Ukrayna yığmasının futbolçusu Aleksandr Əliyev dünya çempionatı ilə bağlı proqnoz verib. Apasport.az saytının məlumatına görə, Moskvanın “Lokomotiv” klubunda çıxış edən əslən azərbaycanlı 25 yaslı oyunçu mundialın həlledici görüşündə Hollandiya ilə Almaniya millilərinin üzləşəcəyini düşünür.
Əliyev dünya çempionu olmağa ən şanslı almanları sayır: “Mən iki yığmaya – Argentina və Hollandiyaya azarkeşlik edirdim. Ancaq təəssüf ki, birincilər ötən şənbə turniri tərk etdi. İndi yalnız “narıncılar”a azarkeşlik etmək qalır. Mən deməzdim ki, Argentinanın məğlubiyyəti faciədir. Sadəcə, futbol çox gözlənilməz oyundur. Ancaq hər halda, Almaniya bu gün çox fenomenal futbol nümayiş etdirir. Təsadüfi deyil ki, bu yığmanı “maşın” adlandırılar. Bundetsimin İngiltərə, Argentina kimi ciddi rəqiblər üzərində böyük hesablı qələbəsi dünya kubokuna aşkar namizəd olduğunu göstərir. Əgər əvvəl Hollandiya və Argentinanın finalda mübarizə aparacağını gözləyirdimsə, indi mənə elə gəlir ki, Hollandiya ilə Almaniya arasında görüşün şahidi olacağıq. Hollandlar da çox xoşuma gəldi. Onlar maraqlı oyun göstərir. Braziliya üzərində qələbələri çox güclü təsir oyatdı”.
Qeyd edək ki, Hollandiya yarımfinalda Uruqvay, Almaniya İspaniya ilə görüşəcək.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0