Vlastimil Petrjela: İspaniya dünya çempionu olacaq
05.07.2010 - 16:14
Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Vlastimil Petrjela dünya çempionatı ilə bağlı proqnoz verib. Apasport.az saytının məlumatına görə, çexiyalı mütəxəssis DÇ-2010-un qalibi kimi İspaniya millisini görür.
Petrjelanın fikrincə, ispanların çempion olmaq şansı Almaniyadan yüksəkdir: “İndi çoxları deyir ki, almanlar dünya çempionatının əsas favoriti sayılır. Ancaq mən belə hesab etmirəm. Fikrimcə, ispanlar turnirə qədər olduğu kimi, qələbəyə əsas namizəd qalır. Onlar vəziyyətin tələb etdiyi kimi bərabər səviyyədə oynayır və əla nəticə əldə edir. Onlara darmadağın lazım deyil. İspanlar CAR-a qələbə məqsədilə ilə gəlib və bu istiqamətdə inamla irəliləyir”.
Petrjela bildirib ki, iyulun 7-də Almaniya – İspaniya yarımfinalında ikincilər qalib gələcək: “Üstəlik, proqnozum odur ki, Visente Del Boskenin yetirmələri indiki çempionatı udacaq. Bu, daha “oturulmuş” heyətə malik və ustalıq səviyyəsi yüksək olan komandadır. Almaniya yığması isə inkişaf üçün əla potensiala malikdir. Ola bilsin ki, onlar 4 il sonra düzgün iş sayəsində uğura əsas namizəd olacaq”.
Qeyd edək ki, 2007-ci ilin sentyabrında “Neftçi”nin baş məşqçi postuna keçən Petrjela 2008-ci ilin yanvarın əvvəlində istefaya göndərilib.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0