Yoahim Löv Berti Foqtsun oynadığı komandanı fərqləndirdi
06.07.2010 - 11:01
Dünya çempionatının favoriti sayılan Almaniya yığmasının baş məşqçisi Yoahim Löv azərbaycanlı futbolsevərlərin marağına səbəb olan açıqlama verib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis hazırda millimizi çalışdıran Berti Foqtsun 1972-ci ildə futbolçu kimi heyətində Avropa çempionu olduğu Bundestimi bütün dövrlərin ən güclüsü sayır.
Löv bildirib ki, komandası mundialda nə qədər inamlı çıxış etsə də, onu 38 il əvvəlki Almaniya yığmasından güclü deyil: “Müqayisə aparmağı sevmirəm. 1972-ci ildə Avropa çempionu olan komanda bütün dövrlərin ən yaxşıdır. Həmin komanda fantastik futbol göstərirdi. Ancaq indi atletizm əvvəlkindən daha böyük rol oynayır. Elə futbolun özü də kifayət qədər dəyişib”.
Qeyd edək ki, Foqts baş məşqçi kimi də Almaniya yığması ilə Avropa çempionluğunu (1996-cı ildə) qazanıb.

- Bakı ilk dəfə “D-8” Gənclər Dialoquna ev sahibliyi edir
- Elmira Aslanova Antarktidanın ən yüksək zirvəsini fəth edib
- Azərbaycan ilk dəfə parabadminton üzrə dünya çempionatında iki kateqoriyada təmsil olunacaq
- Azərbaycan Qran-prisi üçün erkən bilet satışına start verilib
- Azərbaycanlı pilot "Formula 4" komandalarından təklif alıb
0
0