Maradona ağladı
06.07.2010 - 11:49
Maradona ağladı
Dünya çempionatında mübarizəni dayandırdıqdan sonra vətənə qayıdan Argentina yığmasının baş məşqçisi Dieqo Maradona ölkə prezidenti ilə görüşəcək. Apasport.az saytının xəbərinə görə, dövlət başçısı Kristina Fernandes de Kirşner CAR-da keçirilən mundialda uğursuz çıxış etməsinə baxmayaraq, milli komandaya dəstək olub.

“Baş verənlərə görə biz də üzülmüşük. Ancaq həyatda olduğu kimi, futbolda da qələbə və məğlubiyyətlər olur. Buenos-Ayres Hava Limanında milli komandanı ruhlandırmağa, təsəlli verməyə gələn azarkeşləri görəndə çox fərəhləndim. İstərdim ki, Maradona iqamətgahıma gəlsin. Onun buna ixtiyarı var. Çünki indiyədək heç bir argentinalı bizə Dieqonun meydanda verdiyi qədər sevinc bəxş etməyib” – deyə Kirşner bildirib.

Dövlət başçısı vurğulayıb ki, 1/4 finalda Almaniyaya 0:4 hesablı məğlubiyyətdən sonra Maradonaya zəng edib: “Ancaq Dieqo ağladığından, danışa bilmədi. Bununla belə, mən milli komandamızla qürur duyuram. İndi 2014-cü ildə keçiriləcək dünya çempionatı haqda düşünmək lazımdır”.