Bert van Marveyk: Dünya çempionu olmağa çox yaxınıq
07.07.2010 - 08:34
“Əvvəlcə demək istəyirəm ki, biz bunu bacardıq. Mən Hollandiya yığmasının baş məşqçisi təyin olunan zaman əsas vəzifəmiz dünya çempionatının qalibi olmaq idi. Bunu yerinə yetirməyə çox yaxınıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri DÇ-2010-un ilk finalçısı olan Hollandiya yığmasının baş məşqçisi Bert van Marveyk deyib.
Yarımfinalda Uruqvay millisinə 3:2 hesabı ilə qalib gələn “narıncılar” 32 illik fasilədən sonra mundialın finalına çıxdı. Marveyk bildirib ki, indi futbolçuların nailiyyətlərinə görə fəxr etməyə haqları çatır: “Təkrarolunmaz hisslər keçirirəm. Razıyam ki, biz heç də ən yaxşı oyunumuzu keçirmədik. Ancaq ən əsası, qələbə qazandıq və finala çıxdıq. Oyuna yaxşı başladıq, qol vurduq. Ancaq sonradan təşəbbüsü rəqibə verdik. Fasilədən sonra yenidən oyuna nəzarət etdik. İntriqanı öldürmək üçün bir neçə əla şansımız var idi, ancaq bundan istifadə edə bilmədik. Az qala sonda bunun acısını çəkəcəkdik”.
Qeyd edək ki, indiyə kimi iki dəfə mundialın finalında oynayan Hollandiya hələ ki dünya çempionu olmayıb.

0
0