FİFA “10-lar”ın adını açıqladı
09.07.2010 - 17:20
FİFA dünya çempionatının ən yaxşı futbolçusu adını qazanmağa namizədləri açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıya daxil olan 10 futbolçudan biri mundialın ən yaxşısı seçiləcək.
Namizədlər Dieqo Forlan (Uruqvay), Asamoa Qyan (Qana), Andreas İnyesta, Xavi Ernandes, David Vilya (hamısı İspaniya), Lionel Messi (Argentina), Məsul Özil, Bastian Şvayntayger (hər ikisi Almaniya), Uesli Sneyderlə Aryen Robbendir (hər ikisi Hollandiya).
Qalib turnirə akkreditasiya olunan jurnalistlər arasında keçirilən səsvermənin nəticəsinə əsasən müəyyənləşəcək. Qalib adı iyulun 11-də, Hollandiya və İspaniya yığmaları arasında final oyunu günü elan olunacaq.
Qeyd edək ki, Vilya ilə Sneyder hərəyə 5 qolla bombardirlər yarışına başçılıq edir. Finalda görüşəcək cütlük ən məhsuldar futbolçuya verilən “Qızıl top”a əsas namizədlərdir.

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0