“Biz falçı ilbiz”i rüsvay etməyə hazırıq”
10.07.2010 - 12:02
“Biz falçı ilbiz”i rüsvay etməyə hazırıq”
Bu gün DÇ-2010-un bürünc medalı uğrunda Almaniya yığması ilə oyuna çıxacaq Uruqvay millisinin baş məşqçisi Oskar Tabares “falçı ilbiz”ə inanmır. Apasport.az saytının məlumatına görə, Oberhauzen şəhərindəki akvariumda yaşayan 8 ayaqlı “falçı ilbiz” almanların dünya üçüncüsü olacağını müəyyənləşdirib.

Paul adlı dəniz heyvanı akvariuma qoyulan içi yemək dolu Uruqvay və Almaniya bayraqlarını əks etdirən qutular arasında seçim edərək, buntestimin bu gün qələbə qazanacağını iddia edir. Maraqlısı odur ki, “falçı ilbiz” indiyədək etdiyi seçimlərdə yanılmayıb.

Tabares almanlarla oyun öncəsi bildirib ki, yetirmələri bürünc medal və Paulun rüsvay etməyə hazırdırlar: “Dördüncü yer də yaxşıdır, ancaq bizi əvvəlki oyunlarda olduğu kimi yalnız qələbə qane edəcək. Biz mübarizə aparacağıq. Hollandiya ilə görüşdəki kimi istənilən səviyyəli komanda ilə başabaş oynamağa hazır olduğumuzu sübut edəcəyik. Bizim qürurumuz var. Ancaq təkcə almaniyalı futbolçulara yox, məşhur ilbizə qarşı da durmalı olacağıq. Fikrimcə, qələbəmiz realdır”.

Qeyd edək ki, Paulun proqnozuna görə, İspaniyanı yenəcək Hollandiya yığması dünya çempionu olacaq.