Xanımı Hovard Uebbi tənqid etdi
10.07.2010 - 12:26
2010-cu il dünya çempionatının final oyununu idarə edəcək ingilis Hovard Uebbin xanımı həyat yoldaşının hakimliyindən baş açmır. Apasport.az saytının məlumatına görə, Key Uebb sabah Hollandiya və İspaniya yığmalarının final görüşünü idarə edəcək həyat yoldaşına görə fəxr etsə də, onun meydanda futbolçularla necə dil tapdığını anlaya bilmir. O bildirib ki, Hovard heç öz üç uşağını idarə edə bilmir: “Başa düşə bilmirəm ki, bu, onda necə alınır. Hovard heç övladlarına nəzarət edə bilmir. Futbol meydançasında oynayanlarla isə bacara bilir”.
Qeyd edək ki, 39 yaşlı Uebb ötən ilin oktyabrında yığmamızın Bakıda Rusiya millisi ilə rəsmi oyununu (1:1) idarə edib.
Qeyd edək ki, 39 yaşlı Uebb ötən ilin oktyabrında yığmamızın Bakıda Rusiya millisi ilə rəsmi oyununu (1:1) idarə edib.
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0