Milli komandanın baş məşqçisinin istefası qəbul olunmadı
10.07.2010 - 13:25
Dünya çempionatında mübarizəni 1/4 finalda dayandıran Paraqvay yığmasının baş məşqçisi Xerardo Martinonun istefası qəbul olunmayıb. Apasport.az saytının məlumatına görə, argentinalı mütəxəssis postunda işini davam etdirəcək.
Ölkənin milli futbol federasiyası bu gün Martino ilə müqavilənin müddətini uzatmağa qərar verib. Rəhbərlik öncə istefasını qəbul etdiyi təcrübəli mütəxəssisin rəhbərliyi altında komandanın mundialdakı uğurlarını nəzərə alıb. Martino federasiyaya ona göstərilən etimada görə minnətdarlıq edib: “Yığmanın sükanı arxasında qalmağıma baxmayaraq, 2014-cü il dünya çempionatında ona rəhbərlik edəcəyim hələ bilinmir. İndi qarşımda duran vəzifə komandanı Argentinada keçiriləcək Amerika Kubokuna hazırlamaqdır. Ancaq fikrimcə, biz bu turnirdən sonra da federasiya ilə əməkdaşlıq edəcəyik”.
Qeyd edək ki, Paraqvayın qrup qalibi olduğu mundilada yeganə məğlubiyyəti ¼ finalda İspaniyaya 0:1 hesabı ilə uduzduğu oyun olub.

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0