Almaniya 4 il əvvəlki kimi yenə bürünc qazandı
11.07.2010 - 00:22
CAR-da keçirilən dünya çempionatının bürünc medalçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, mundialın ilk mükafatçısının adı Uruqvay və Almaniya yığmalarının 3-cü yer uğrunda oyununda məlum olub. Final mərhələsinə vəsiqəni Azərbaycan milli komandasının da yer aldığı seçmə qrupundan qazanan Bundestim bu görüşdə 3:2 hesabı ilə qalib gəlib.
Rəqibindən fərqli, almanlar DÇ tarixində əvvəllər də bürünc medal qazanıblar. Özü də bunun son turnirdə olduğunu nəzərə alsaq, Bundestim 4 il öncə vətənindəki nailiyyəti indi Afrika qitəsində təkrarlamağı bacardı.
1930 və 50-ci illərdə dünya çempionu olan Uruqvay üçün bu dəfə dünyanın ən güclü 4 yığması arasına düşmək də böyük uğur sayılmalıdır. Onu da nəzərə alaq ki, qalan iştirakçıların hamısı Avropadandır və uruqvaylılar Cənubi Amerikanın yeganə, mundilada ən güclü təmsilçisi oldu.
Uruqvay yığmasının baş məşqçisi Oskar Tabares Almaniya ilə görüşün start fitindən xeyli əvvəl heyəti açıqlayıb. O, Muslera, Luqano, Qodin, Kaseres, Fusile, Pereyra, Peres, Arevalo, Kavani, Forlan, Suaresi ilk dəqiqələrdən meydana buraxacağını elan edib. Yığmanın kapitanı olan Luqano zədəsini sağaldıb, əsas qol ümidlərindən olan hücumçu Suaresin isə cəzası bitib. Almanlarda Tomas Müllerin cəza ilə bağlı problemi qalmadığı halda, digər hücumçu, bombardir Miroslav Klozenin zədəsi var.
Onun alman həmkarı Yoahim Löv isə yarımfinalda İspaniyaya uduzan heyətdə ciddi islahatlar aparıb. Mütəxəssis əsas heyət oyunçuları - qapıçı Noyer, kapitan Lam, həmçinin Troxovski, Kloze və Podolskini ehtiyatda saxlayıb.
Qarşılaşmanın əvvəlində Bundestimin heyətində gərginlik hiss olunurdu. Sanki islahatlar meydana çıxanlara da təsir etmişdi. Bunun nəticəsi olaraq mundialın debütantı Aoqo, həmçinin Kakau sarı vərəqə ilə cəzalanıblar.
Az keçməmiş işə düşən “alman maşını” hesabı açmağa müvəffəq olub. Şvaynştaygerin güclü zərbəsindən sonra Muslera topu qaytarsa da qapıçının önünə düşən “mərni”yə Müller hamıdan tez yetişib. Mundialın kəşfi sayılan Tomas imkanı qaçırmayaraq final mərhələsində 5-ci qolunu vurub. Bununla da o, “Qızıl buts”a əsas namizədlər ispaniyalı Vilya və hollandiyalı Sneyderə çatıb.
Buraxılan qoldan sonra ruhdan düşməyən cənubi amerikalılar cavab qolunu vura biliblər. Bu dəfə də hadisələrin mərkəzində Şvaynştayger durub. Topu məhz ondan “oğurlayan” Peres hesabın bərabərləşməsində əsas pay sahiblərindən olub. Ondan ötürmə alan Suares boş mövqedə olan Kavanini tapıb. Azərbaycanın “İnter” və “Neftçi” klublarındakı çıxışları ilə tanıdığımız Valter Quqlemonun kiçik qardaşı isə bu şansı əldən verməyib – 1:1.
Bürünc uğrunda mübarizə aparan rəqiblər fasiləyə yaxın daha da güclənən yağışın altında oynamalı olublar.
İkinci hissənin startı məhsuldar alınıb. İlk 11 dəqiqədə komandalar hərəyə 1 dəfə də fərqləniblər. Əvvəl Tabaresin yetirmələri seviniblər. Sağ cinahdan sərimə meydanına yaxınlaşan Arevalonun qapıya paralel ötürməsinə yetişən Forlan həm komandasını hesabda irəli çıxarıb, həm də Müller kimi 5 qolu olanlara çatıb.
Cənubi amerikalıların sevinci cəmi 5 dəqiqə sürüb. Boatenqin qapı önünə hava ötürməsindən sonra Musleranın kobud səhvi hesabda tarazlığın yaranmağına səbəb olub. Uruqvaylı qapıçını Yansen cəzalandırıb.
Güclü yağış altında keçirilən qarşılaşmada azarkeşlər qol “yağış”ını da sonadək izləyiblər. Final fitinə 8 dəqiqə qalmış Hedira matçda 5-ci qolu vurub. Künc zərbəsindən sonra Luqanodan sıçrayan topu başı ilə qapıya yönləndirən Sami komandasını oyun rəzində ikinci dəfə irəli çıxarıb.
Matçın son saniyələrində Forlan komandasını xilas edə bilərdi. Lakin onun cərimə zərbsindən sonra top qapı tirindən meydanı tərk etdi. Bununla da Uruqvay yığması yarımfinalın Hollandiya ilə görüşündəki kimi yenə 2:3 hesabı ilə məğlub oldu.
23:30. URUQVAY - ALMANİYA - 2:3
QOLLAR: Kavani, 28, Forlan, 51 - Müller, 19, Yansen, 56, Hedira, 82
Baş hakim: Benito Arçundia (Meksika)
Port Elizabet. Nelson Mandela stadionu
URUQVAY: Muslera, Luqano, Qodin, Kaseres, Fusile, M.Pereyra, Peres (Qarqano, 77), Arevalo, Kavani (Abreu, 89), Forlan, Suares
ALMANİYA: Butt, Aoqo, Mertezaker, Fridrix, Yansen (Kroos, 81), Hedira, Şvaynştayger, Müller, Özil (Taşçı, 90+2), Boatenq, Kakau (Kisslnq, 73)
SARI VƏRƏQƏLƏR: Aoqo, 5, Kakau, 7, Peres, 61, Fridrix, 90+3

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0