“Biz bütün təriflərdən artıq oynadıq”
11.07.2010 - 14:22
“Turnirdəki son oyun həmişə çox vacib olur. Çünki komandanın hansı əhval-ruhiyyə ilə tərk etməsi məhz bu qarşılaşmadan asılı olur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Alımaniya milli komandasının baş məşqçisi Yoahim Löv deyib.
Bundestimin çalışdırıcısı III yer uğrunda görüşdə Uruqvay üzərində qazanılan qələbəni (3:2) matçın ədalərli nəticəsi sayır: “Uruqvay üzərində qələbədən sonra biz Almaniyaya əliboş qayıtmırıq. Yarımfinaldakı üzücü məglubiyyətdən bir neçə gün sonra hər iki komanda toparlanıb finala layiq oyun göstərə bildi. Mənim yetirmələrim bu qələbəyə layiq idi. Xüsusilə də ilk yarıdakı oyunu ilə. İkinci hissədə rəqib pressinq tətbiq etməyə başlayanda isə oyunçularımız ən əsası psixoloji cəhətdən buna dözə bildilər və bürünc medalları haqq etdilər”.
Löv CAR-da keçirilən dünya çempionatındakı çıxışdan da razı qalıb: “Ümumilikdə turniri dəyərləndirdikdə isə komandamız bütün təriflərdən artıq çıxış etdi. İspaniyaya məyus edici məğlubiyyəti bir kənara qoysaq, pley-off mərhələsindəki məhsuldarlıq diqqət çəkməyə bilməz. Əminəm ki, biz vətənə başımızı uca tutub qayıda bilərik”.
Qeyd edək ki, Almaniya yığması mundialda hamıdan çox – 16 qol vurub.

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0