FİFA-nın butslarını kim qoruyacaq?
11.07.2010 - 14:31
Dünya çempionatının final mərhələsinin bombardirləri siyahısında növbəti dəyişikliklər baş verib. Apasport.az saytının məlumatına görə, III yer uğrunda matçda fərqlənən Dieqo Forlan (Uruqvay) və Tomas Müller (Almaniya) mundialda 5-ci qollarını vurublar. Hər iki hücumçu bu göstəricidə liderlik edən David Vilya (İspaniya) və Uesli Sneyderə çatıb.
Dünya çempionatının ən məhsuldar futbolçusuna “Qızıl buts” mükafatı verən FİFA indi kiçik problemlə üzləşib. Belə ki, ən sərrast hücumçuların siyahısında hər hansı dəyişiklik olmasa, qurum 4 futbolçunun hər birinə bu mükafatdan verməli olacaq. Assosiasiyanın “Qızıl buts” ehtiyatlarının tükənməməyi üçün bu günkü finalda Sneyder və ya Vilyanın qol vurmağı lazımdır. Marqlıdır, görəsən FİFA-nın “Qızıl buts”larını kim qoruyacaq?
Qeyd edək ki, CAR-da keçirilən mundialın sonuncu – həlledici görüşündə İspaniya və Hollandiya yığmaları üz-üzə gələcək. Vilya və Sneyderdən başqa kiminsə bu mübarizəyə qoşulacağı mümkünsüz görünür. Çünki hərəyə 4 və 3 qol vuranların hamısı mübarizəni dayandırıblar. Bu günkü matçın iştirakçılarından isə yalnız Aryen Robben Sneyderlə Vilyaya “əlcək ata bilər”. Bunun üçün isə o, het-trik müəllifi olmalıdır.

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0