Del Boske: Dünya çempionluğumuz hücum futbolunun təntənəsidir
12.07.2010 - 09:44
“Bizim Hollandiya üzərində qələbəmiz tam ədalətli idi. Söhbət bunun təkcə idman tərəfindən getmir”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniya milli komandasının baş məşqçisi Visente del Boske deyib.
Dünya çempionatının final oyununda Hollandiya üzərində 1:0 hesablı qələbə qazanan pireneylilərin çalışdırıcısı qarşılaşma haqqında fikirlərini açıqlayıb: “Konkret finala gəlincə, Fabreqasın meydana çıxması hücumlarımızın gücünü artırdı. Hollandiya yığması yaxşı oyun göstərdi və müəyyən mənada əl-qolumuzu bağlaya bildi. Rəqib gərgin keçən matçda bizə xeyli problem yarada bildi”.
Del Boske yetirmələrindən razı qaldığını da bildirib: “Bizim dünya çempionatında qələbəmiz hücum futbolunun təntənəsidir. Sərəncamımda fantastik futbolçular var. Təbii ki, onlarla fəxr edirəm. Biz daha 1-2 qol da vura bilərdik”.
Qeyd edək ki, İspaniya milli komandası Hollandiya yığmasını əlavə vaxtda vurulan qolla 1:0 hesabı ilə məğlub edib.

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0