İki atletimiz Kanadaya gedir
14.07.2010 - 10:20
İyulun 19-da Kanadada atletika üzrə dünya çempionatı start götürəcək. Yığma komandamızın baş məşqçisi Məhərrəm Sultanzadənin apasport.az saytına verdiyi məlumata görə, bu yarışda Azərbaycan iki idmançı ilə təmsil olunacaq. 3000 metr məsafəyə qaçış xəttinə efiopiyalı legionerimiz Layeş Abdullayeva çıxacaq. 3 təkanla tullanmada isə ölkəmizin idman şərəfini Murad İbadullayev qoruyacaq.
Qeyd edək ki, 7 gün davam edəcək çempionatda atletlərimiz Nazim İsrafilov və Mətin Sazakın rəhbərliyi altında mübarizə aparacaqlar.
Qeyd edək ki, 7 gün davam edəcək çempionatda atletlərimiz Nazim İsrafilov və Mətin Sazakın rəhbərliyi altında mübarizə aparacaqlar.
- Fərid Qayıbov: “Gənclər siyasətimiz BMT-nin prioritetləri ilə uzlaşır”
- Bakı ilk dəfə “D-8” Gənclər Dialoquna ev sahibliyi edir
- Elmira Aslanova Antarktidanın ən yüksək zirvəsini fəth edib
- Azərbaycan ilk dəfə parabadminton üzrə dünya çempionatında iki kateqoriyada təmsil olunacaq
- Azərbaycan Qran-prisi üçün erkən bilet satışına start verilib
0
0