Azərbaycan yığmasının rəqibi üçün 360 min avro mükafat
14.07.2010 - 15:25
Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatında bürünc medal qazanan Almaniya yığma komandasına veriləcək mükafatın məbləği açıqlanıb. Apasport.az saytının məlumatına görə, Almaniya Futbol İttifaqı mundialı üçüncü pillədə başa vuran Yoahim Lövün yetirmələrinə 100 min avro verəcək. Bundan əlavə, “qara qitə”yə yollanan 23 futbolçu arasında reklamlardan əldə olunan 260 min avro da bölüşdürüləcək.
Lakin almaniyalı futbol rəsmiləri seçmə mərhələdə iştirak edən, həlledici oyunlarda isə zədə səbəbindən CAR-a aparılmayan Mixael Ballak və Rene Adlerə mükafat verilib-verilməyəcəyi ilə bağlı heç nə deməyiblər. Onlar tezliklə 360 min avrodan bu futbolçulara pay çatacağı ilə bağlı fikirlərini açıqlayacaqlarını bildiriblər.
Qeyd edək ki, dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Almaniya millisi AVRO-2012-də komandamızla eyni qrupdadır. Futbolçularımız ilk görüşdə məhz almanları sınağa çəkəcəklər.

- Bakı ilk dəfə “D-8” Gənclər Dialoquna ev sahibliyi edir
- Elmira Aslanova Antarktidanın ən yüksək zirvəsini fəth edib
- Azərbaycan ilk dəfə parabadminton üzrə dünya çempionatında iki kateqoriyada təmsil olunacaq
- Azərbaycan Qran-prisi üçün erkən bilet satışına start verilib
- Azərbaycanlı pilot "Formula 4" komandalarından təklif alıb
0
0