9 cüdoçumuz Almaniyaya yollanır
07.08.2010 - 09:12
Avqustun 14-də Almaniyanın Berlin şəhərində gənclər arasında Avropa Kuboku start götürəcək. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı məşqçilər Fərhad Məmmədov və Azər Şıxəliyevn rəhbərliyi altında 9 cüdoçumuz - Əli Rzayev, Elsevər Sadıqzadə (hər ikisi 55 kq), Mirzə Əsgərov, Vüqar Şirinli (hər ikisi 60 kq), Rüstəm Orucov (66 kq), Fəqan Eminoğlu (73 kq), Tural Səfquliyev (81 kq), Şahin Qəhrəmanov (90 kq) və Fərid Babayev (+100 kq) təmsil edəcəklər. 2 gün davam edəcək Avropa Kubokunun qalibləri avqustun 15-də müəyyənləşəcək.
Qeyd edək ki, yarışlardan sonra komandamızın üzvləri 3 günlük təlim-məşq toplanışlarına qatıldıqdan sonra vətənə dönəcəklər.
Qeyd edək ki, yarışlardan sonra komandamızın üzvləri 3 günlük təlim-məşq toplanışlarına qatıldıqdan sonra vətənə dönəcəklər.
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0