Azərbaycan yenə medallara iddialıdır!
20.08.2010 - 23:01
Avqustun 14-də Sinqapurda startı verilən Yeniyetmələrin 1-ci Yay Olimpiya Oyunları davam edir. Apasport.az saytının xəbərinə görə, yarışa 6 idman növündə 12 idmançı ilə qatılan millimizin 7 üzvü artıq çıxışını başa vurub. Onlardan 5-i oyunların qızıl, 1-i isə gümüş medalını qazanıb. Çıxışını başa vuran idmançılarımızdan yalnız taekvandoçumuz Səbuhi İsmayılzadə (73 kq) uğursuzluqla üzləşib.
Bu gün isə qalan beş həmyerlimiz mübarizəyə qatılacaq. Dünya çempionları Salman Əlizadə (48 kq) və Şaban Şahpələngovla (51 kq) yanaşı, Elvin İsayev (57 kq) boks yarışlarında, Cəlil Cəlilov (66 kq) cüdo, Radoslav Kutsev isə 1 nəfərlik kanoe qayıqla avarçəkmə yarışında çıxış edəcək. O özünü 420 metr məsafəyə yürüşdə sınayaycaq.
Görəsən, bu idmançılarımz da uğurla çıxış edərək, medallarımızın sayını artıra biləcəkmi?
Yeri gəlmişəkən, yeniyetmələr arasında dünya və Avropa çempionatının finalçısı olan və 66 kq çəki dərəcəsində oyunların favoriti hesab edilən cüdoçumuz Cəlil ilk görüşünü İspaniya təmsilçisi Patrik Ferreyra Martinə qarşı keçirəcək.
Boksçularımıza gəlincə, Salman mübarizəyə sinqapurlu Moxda Xamidə qarşı döyüşlə başlayacaq. Şabanın ilk rəqibi misirli Xeşam Abdellal, Elvinin rəqibi monqol Anand Daşdorj olacaq.

- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0