Almaniyalı azarkeşlər həbs olundu
04.09.2010 - 19:30
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Almaniya yığması xoşagəlməz hadisənin iştirakçısı olub. Apasport.az saytının məlumatına görə, Belçika milli komandası ilə Brüsseldə keçirilən qarşılaşmada Bundestimin azarkeşləri fərqləniblər. Qalmaqala hələ matç başlamamış start verilib. Biletsiz fanatlar stadiona daxil olmaq üçün dava-dalaş salaraq aranı qarışdırıb. İşə qarışan polislərlə toqquşmadan da çəkinməyən almaniyalılar asayiş keşikçilərinin qarşısında acız qalıblar. Belçikalılar 200-dən artıq azarkeşi həbs ediblər.
Qeyd edək ki, Brüsseldəki matçda Almaniya yığması 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Brüsseldəki matçda Almaniya yığması 1:0 hesabı ilə qalib gəlib.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0