Daha bir rəqibimiz virusun qurbanı oldu
04.09.2010 - 21:58
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqiblərindən olan Avstriya yığması itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Bertiq Foqtsun yetirmələri ilə birlikdə A qrupunda yer alan mərkəzi avropalılar əsas hücumçularından biri olan Ümit Korkmazın xidmətindən məhrum olub. Belə ki, Qazaxıstanla sentyabrın 7-də keçiriləcək qarşılaşma ərəfəsində türk əsilli futbolçu xəstəxanaya yerləşdirilib. Buna onda “virus infeksiyası” diaqnozu qoyulmağı səbəb olub.
Yığmanın düşərgəsində olan hücumçu birdən-birə özünü pis edib. Zəiflik və qızdırmadan əziyyət çəkən Korkmaz bir müddət həkim nəzarəti altında qalmalı olacaq. Avstriyalıların baş məşqçisi Ditmar Konstantini onun yerinə heç kimə dəvət göndərməyib.
Qeyd edək ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına məğlub olan albaniyalıların çalışdırıcısı Artan Buşati də futbolçularının virusa yoluxmasından gileylənib.

- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək
0
0