İki bürünc medal və 111 ölkə arasında 17-ci yer
13.09.2010 - 08:50
Azərbaycan yığması Yaponiyada keçirilən cüdo üzrə dünya çempionatında çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, 8 idmançı ilə qatıldığımız yarışda qazancımız 2 bürünc medal olub. Komandamıza medalları Elxan Məmmədov (90 kq) və Ramilə Yusubova (63 kq) qazandırıblar. Onlar fəxri kürsünün üçüncü pilləsinə yüksəlməklə bərabər, 200 lisenziya xalına və 2000 ABŞ dollarına da sahib olublar.
Olimpiya çempionumuz Elnur Məmmədli və Avropa birincimiz Elmar Qasımov təsəlliverici görüşlərdə uduzublar. Onlar yarışı müvafiq olaraq 5-ci və 7-ci yerdə başa vurublar. Komandamızın digər üzvləri Rinat Mirzəliyev (73 kq), Tərlan Kərimov (66 kq) 1/8 finalda, Kifayət Qasımova (57 kq) və Elxan Rəcəbli (81 kq) isə ilk görüşdəcə mübarizəni dayandırıblar.
Qeyd edək ki, bu gün başa çatacaq mundialda 111 ölkədən 848 cüdoçu mübarizə aparırdı və yığmamız qazandığı medallara görə 17-ci pillədə qərarlaşıb.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0