Mourinyonun Portuqaliya yığmasını çalışdırmağına icazə verildi
17.09.2010 - 09:28
İspaniyanın “Real” klubunun baş məşqçisi Joze Mourinyonun Portuqaliya milli komandasına rəhbərlik etməsində problem yaranmayacaq. Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisinin rəhbərliyi portuqaliyalı mütəxəssisin həmyerlilərinə kömək etməsinə mane olmaq fikrində deyil.
İspaniyaya səfərini başa vuran Portuqaliya Futbol Federasiyasının prezidenti Jilberto Madail “Real”la razılıq əldə olunduğunu açıqlayıb: “Klubda bizim xahişimizə anlayışla yanaşdılar. Onlar bizi inandırdılar ki, Mourinyonun yığmaya rəhbərlik etməsinə əngəl yaratmayacaqlar. İndi son sözü mütəxəssisin özü deməlidir. Lakin başı “Real”ın işlərinə qarışan Mourinyo hələ ki, tərəddüd edir”.
Qeyd edək ki, Avro-2012-nin seçmə mərhələsinin ilk iki oyunundan sonra Karluş Keyruşu istefaya göndərən portuqaliyalılar Mourinyodan yığmaya müvəqqəti rəhbərlik etməyi xahiş ediblər.

- Sona Ağayeva dünya reytinq cədvəlinin 8-ci pilləsinə yüksəlib
- Süleyman Ələkbərov Almatıda “ən yaxşı gənc velosipedçi” seçilib
- Azərbaycan Avropada ilk ölkələr sırasında - FOTO
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
0
0