Kişi yığmamız Vyetnama uduzdu, qadın şahmatçılarımız isə qarşısıalınmazdır
22.09.2010 - 20:03
Kişi yığmamız Vyetnama uduzdu, qadın şahmatçılarımız isə qarşısıalınmazdır
Bu gün Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasının ikinci turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə eyni hesablı qələbələr (3,5:0,5) qazanan kişilərdən və qadınlardan ibarət milli komandalarımız növbəti sınaqdan fərqli nəticə ilə ayrılıblar.

Belə ki, kişilərdən ibarət yığmamız özündən zəif Vyetnam millisinə məğlub olub. Orta reytinqi 2587 olan və iştirakçı ölkələr sırasında 28-ci olan asiyalılarla qarşılaşmada şahmatçılarımızdan heç biri qalib gələ bilməyib. Rəqibində reytinqdə 160 xal üstün olan Rauf Məmmədovun məğlubiyyəti isə ümumi nəticəni rəsmiləşdirib. Belə ki, onun komanda yoldaşları heç-heçələri sıralayıblar.

Favoritlər sırasında olmasına baxmayaraq uğursuzluğa düçar olan kişilərdən ibarət yığmadan fərqli xanım idmançılarımız ikinci qələbəsini qazanıb. Fikrət Sideifzadənin kapitanı olduğu qadınlardan ibarət millimiz Avstriya yığması ilə görüşdə 4 lövhədən 3-də qalib gəlib. Zeynəb Məmmədyarova, Gülnar Məmmədova və Nərgiz Umudova ikinci qələbələrini qazanıblar. Xəyalı İsgəndərovanın turnirdəki debütü isə məğlubiyyətlə əlamətdar olub.

II tur
Kişilər
Azərbaycan – Vyetnam - 1,5:2,5


Şəhriyar Məmmədyarov (2756) – Le Quanq Liem (2694) - 0,5:0,5
Teymur Rəcəbov (2748) – Nquyen Nqok Truonq Son (2633) - 0,5:0,5
Rauf Məmmədov (2660) – Nquyen An Donq (2500) - 0:1
Qədir Hüseynov (2611) – Dao Tirn Hai (2520) - 0,5:0,5

Qadınlar
Azərbaycan – Avstriya - 3:1


Zeynəb Məmmədyarova (2234) – Yeva Mozer (2436) - 1:0
Gülnar Məmmədova (2293) – Anna Kristina Kopinits (2210) - 1:0
Nərgiz Umudova (2251) – Veronika Eksler (2130) - 1:0
Xəyalə İsgəndərova (2172) – Yuliya Novkoviç (2134) - 0:1
0