Qus Hiddink: Azərbaycanla görüş ən azı Almaniya ilə oyun qədər önəm daşıyır
07.10.2010 - 11:03
“Hər kəs Almaniya yığması ilə oyuna köklənmiş durumdadır, ancaq Azərbaycanla görüş də ən azı Almaniya matçı qədər önəm daşıyır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink deyib.
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Almaniya və Azərbaycan yığmaları ilə səfər oyunlarının hər ikisini əhəmiyyətli hesab edən hollandiyalı mütəxəssis son günlərin əsas müzakirə obyekti olan Arda Turanın zədəsinə toxunub. Hiddink Ardanın oynamaq istədiyini, ancaq onların riskə getməyi düşünmədiyini bildirib: “Almaniya ilə oyun bu gün olsaydı, oynaması çox çətin idi. Ancaq bir az da vaxtımız var. Durumuna baxacağıq, riskə getməyəcəyik. Ardaya “Qalatasaray”dan bir təzyiq olduğu qəti düşünmürəm. O, ağıllı futbolçudur, nə etmək lazım olduğunu bilir. Turan oynamazsa, bir neçə alternativ var. Amma bunu media ilə paylaşmaq istəmirəm. Cümə günü hamımız görəcəyik. Onun zədəsi bir neçə həftə öncə olub. Tibbi heyəti günahlandırmağı qəti qəbul etmirəm. Belə şeylərə əsəbiləşirəm. Ardanın durumu ilə bağlı bir yaxşı bir şey olmazsa, onu heyətdən çıxaracağıq”.

0
0