İki oyun, iki ad günü
07.10.2010 - 11:45
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Avstriya, 4 gün sonra isə Türkiyə ilə qarşılaşacaq Azərbaycan milli komandasının iki futbolçusu üçün bu matçlar xüsusi əhəmiyyət kəsb edir. Apasport.az saytının məlumatına görə, yığmamızın üzvləri ad günlərini elə komandanın düşərgəsində qeyd edəcəklər.
Ağdamın “Qarabağ” klubunun şərəfini qoruyan Rəşad Sadiqovun bu dəfəki ad günü daha fərqli olacaq. Yarımmüdafiəçi 27-ci ad gününü Vyananın “Ernst Happel” stadionunda qeyd edəcək. Sabah ad günü olan Rəşad Avstriya ilə matçda özünə hədiyyə edə bilər. Elə komanda yoldaşları da onun əhval-ruhiyyəsini qaldıracaq nəticəyə imza atmağa çalışacaq.
Bakının “Neftçi” klubunda çıxış edən Ruslan Abışovun ad günü oyunların heç biri ilə üst-üstə düşmür. Lakin Avstriyadakı görüşün nəticəsi müdafiəçinin 23 yaşını necə qeyd etməsinə təsir edəcək. Toplanış zamanı, ayın 10-da ad günü olan futbolçu həmin gün məhz Vyanadakı matçın təəssüratı altında olacaq.

- Azərbaycanda keçiriləcək III MDB Oyunlarının medalları təqdim olunub
- III MDB Oyunları üçün qeydiyyatdan keçən ölkələrin və idmançıların sayı artıb
- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
0
0