Uğursuz seriyaya son qoy, yubileyləri bayram et
07.10.2010 - 13:54
Sabah Avstriya milli komandası ilə görüşəcək Azərbaycan yığması tarixinin 169-cu oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, 18 illik tarixi ərzində cəmi 29 qələbə qazanan komandamız Vyananın “Ernst Happel” stadionundakı sınaq zamanı 30-cu, yubiley uğurunu əldə etməyə çalışacaq. Ardıcıl 5 oyundur qələbə qazana bilməyən Berti Foqtsun yetirmələri 29-cu qələbəni bu il martın 3-də Lüksemburqla səfər oyununda qazanıb. Həmin 2:1 hesablı qələbədən sonra futbolçularımız hər dəfə yubileyi təxirə salırlar. Avstriyadakı təlim-məşq toplanışı zamanı Moldova (1:1), Makedoniya (1:3) və Honduras (0:0), Bakıda isə Küveytlə (1:1) yoldaşlıq oyununda qüvvəsini sınayan millimiz Almaniya ilə (1:6) Avro-2012-nin seçmə mərhələsinin ilk matçında üz-üzə gəlmişdi.
Sabahkı görüşədək 42 dəfə meydanı heç-heçə ilə tərk edən komandamız 97 dəfə uduzan tərəf olub. Bu görüşlərdə vur-tut 114 qol vuran yığmamız 301 dəfə topu öz qapısından çıxarmalı olub.
Avropa çempionatlarının seçmə mərhələlərində 42-ci qarşılaşmasını keçirəcək komandamız 9-cu dəfə xal qazanmağa çalışacaq. İndiyədək hesabında 3 qələbə və 5 heç-heçə olan millimiz 33 dəfə məğlub olub və vurduğu 20 qolun əvəzində 89 dəfə topu mərkəzə “daşıyıb”. Ümumilikdə isə bu, futbolçularımız üçün 80-ci seçmə oyunudur. İndiyədək 6 qələbəyə sevinib 12 dəfə heç-heçə ilə kifayətlənən yığmamız 61 dəfə meydanı başıaşağı tərk edib. Arxada qalan 79 görüşdə azərbaycanlı azarkeşlər 32 qol sevinci yaşayıb, 183 dəfə əcnəbilərin fərqlənməsinə şahidlik edib.
Vyanadakı görüş həm də Foqts üçün yubiley əhəmiyyəti daşıyır. Belə ki, 64 yaşlı almaniyalı mütəxəssis millimizin baş məşqçisi postunda 30-cu oyunu olacaq. Debüt matçı 2008-ci il iyunun 1-də Bosniya və Herseqovina ilə görüşdə gerçəkləşdirən Foqts bu müddətdə 6 qələbəyə sevinib və 9 dəfə heç-heçə ilə təsəlli tapıb. Yetirmələri 14 dəfə uduzan almaniyalı 21 qol sevinci yaşadığı halda iki dəfə artıq – 42 qolun qapımızdan keçməsinə şahid olub.
Vüqar XEYRULLAYEV

- Azərbaycanda keçiriləcək III MDB Oyunlarının medalları təqdim olunub
- III MDB Oyunları üçün qeydiyyatdan keçən ölkələrin və idmançıların sayı artıb
- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
0
0