Türkiyə yığması Arda Turanı Bakıya gətirməyəcək
07.10.2010 - 14:02
Türkiyə yığmasının aparıcı futbolçusu Arda Turanın Azərbaycana gəlişi baş tutmayacaq. Apasport.az saytının məlumatına görə, yığmaya zədəli gələn “Qalatasaray”ın kapitanının məsələsinə nəhayət, birdəfəlik son qoyulub. Bir aydır zədədən əziyyət çəkən Arda Avro-2012-nin seçmə mərhələsində Almaniya və Azərbaycanla görüşlərə çağırılsa da, onun oynayıb-oynamayacağı son günlərin əsas müzakirə mövzusu idi. Artıq məsələyə tam aydınlıq gəlib və bu gün heyətdən çıxarılan Turan Türkiyə Hava Yolları ilə Berlindən İstanbula gəlir. Bu isə onun yığmanın heyətində Bakıya gəlməyəcəyi deməkdir.
Almaniya ilə oyunda meydana çıxmasına səy göstərilən Ardanın zədəsi “Qalatasaray”ı ayağa qaldırdı. Prezident Adnan Polatın Türkiyə Futbol Federasiyasındakı həmkarı Mahmut Özgənərlə çox saylı danışıqlarından sonra ulduz futbolçunun təcili İstanbula dönməsi və müalicəsi klubunun bazasında davam etdirilməsi qərara alınıb. Nəticədə ona günortadan sonra İstanbula bilet alınması ilə yığmanın sıralarını tərk etməsi dəqiqləşib. “Qalatasaray”da həkimlərinin nəzarətində olacaq Turanın gələcək taleyi ilə bağlı qərar veriləcək.

- Azərbaycanda keçiriləcək III MDB Oyunlarının medalları təqdim olunub
- III MDB Oyunları üçün qeydiyyatdan keçən ölkələrin və idmançıların sayı artıb
- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
0
0