Torres, Sadıqov və Qurbanovun məşqçilik karyerasında iz buraxan Avstriya
07.10.2010 - 15:43
Azərbaycan yığması Avro-2012-də növbəti rəqibi olan Avstriya milli komandası ilə üçüncü oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, yığmamız DÇ-2006-nin seçmə mərhələsinə bu rəqiblə bir qrupa düşmüşdü. Həmin vaxt hər iki oyunu sentyabrda keçirən millimiz səfərdə 0:2 hesabı ilə uduzmuş, evdə qolsuz bərabərliyə qalmışdı. Avstriya bu görüşlərdə yığmamızın sükanı arxasında olan braziliyalı Karlos Alberto Torreslə Vaqif Sadıqovun məşqçilik karyerasında iz buraxmışdı.
Belə ki, Torres il yarım çalışdırdığı millimizdə ilk rəsmi məğlubiyyətini Vyanada alıb. Sadıqov isə üç müxtəlif vaxtda baş məşqçisi olduğu yığmada ilk və hələlik yeganə xalını Bakıda Avstriya ilə görüşdə qazanıb. Milli komandamızın hazırkı baş məşqçisi olan Berti Foqtsun isə avstriyalılarla bağlı acı xatirəsi var. Belə ki, Foqts futbolçu karyerası vaxtda DÇ-1978-də bu yığmaya 2:3 hesabı ilə uduzduqları oyunda topu öz qapısına vurub. O, final mərhələsindəki görüşün 59-cu dəqiqəsində avtoqola imza atmaqla, hesabı 1:1 edir.
Avstriyalılarla klub səviyyəsində üç görüşümüz olub. Bunlar “Kəpəz”in UEFA kubokunda “Austriya-Memfis” (evdə 0:4, səfərdə 1:5), “Xəzər Universiteti”nin İntertoto kubokunda “Bregens”lə (səfərdə 3:0, evdə 2:1) və “Neftçi”nin UEFA kubokunda “Rid”lə (səfərdə 1:3, evdə 2:1) görüşüdür. “Bregens”lə oyunda avrokuboklar tariximizdə ən yadda qalan olaylardan biri baş verir. Məsələ ondadır ki, “Xəzər Universiteti” Avstriyada 0:4 hesabı ilə uduzsa da, UEFA rəqibin heyətində “lipa” tapdığı üçün bizə texniki qələbə verdi. Bu, mərhələ adlamağımıza imkan verdi. Qitə kuboklarında ilk qolumuzu məhz avstriyalılara vurmuşuq. Özü də bu, yığmamızın sabah meydana çıxacağı Vyanada olub və “Kəpəz”in hücumçusu Yadigar Süleymanovun sayəsində reallaşıb. “Rid”lə bağlı məqam ondadır ki, millimizin bombardiri olan Qurban Qurbanov məşqçi kimi avrokuboklarda ilk qələbəsini avstriyalılar üzərində qazanıb.
Mehman SÜLEYMANOV

- Azərbaycanda keçiriləcək III MDB Oyunlarının medalları təqdim olunub
- III MDB Oyunları üçün qeydiyyatdan keçən ölkələrin və idmançıların sayı artıb
- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
0
0