Rövnəq Abdullayev Avstriya – Azərbaycan oyununu Leo Vindtnerlə birgə izləyəcək
07.10.2010 - 16:46
Sabah Avro-2012-nin seçmə mərhələsində Vyanada keçiriləcək Avstriya – Azərbaycan oyununu hər iki ölkənin futbol federasiyalarının rəhbərləri izləyəcək. Apasport.az saytının məlumatına görə, AFFA prezidenti Rövnəq Abdullayev Avstriya Futbol Federasiyasındakı həmkarı Leo Vindtnerlə birgə görüş keçiriləcək “Ernst Happel” stadionunda olacaq. Onlar Bakı vaxtilə saat 23:30-da başlayacaq oyundan əvvəl ziyafətdə görüşəcək. Orada ölkəmizin Avstriyadakı səfiri Fuad İsmayılov da iştirak edəcək. İsmayılov federasiya prezidentləri ilə birgə oyunu stadionundan izləməyə gedəcək.
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
0
0