Azərbaycanın ən güclüləri üçün gözəl şans
08.10.2010 - 09:40
Oktyabrın 9-10-da Bakıda qadınlar arasında cüdo üzrə keçiriləcək Dünya kubokunda 14 ölkənin yığması mübarizə aparacaq. Apasport.az saytının məlumatına görə, doğma divarlar arasında baş tutacaq yarışda Azərbaycanı 18 cüdoçu təmsil edəcək. Onlardan 48 kq və 52 kq çəki dərəcələrinin hərəsində 3, 57 kq və 63 kq çəki dərəcələrinin hərəsində 4 xanım idmançımız qüvvəsini sınayacaq. Dünya kubokunda 70 kq-da 2 cüdoçu ilə mübarizə aparacaq Azərbaycan yığmasının 78 kq və +78 kq çəki dərəcələrində isə tatamiyə 1 idmançısı çıxacaq.
Qeyd edək ki, London Olimpiadasına lisenziya xarakteri daşıyan yarışda Azərbaycan yığması ilə yanaşı, Rusiya, Ukrayna, Türkiyə, Gürcüstan, Almaniya, Yunanıstan, Polşa, İsrail, Hollandiya, Belarus, Avstriya, Kanada və Çin yığmaları iştirak edəcəklər.

- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
0
0