Mahir Məmmədov: Futbolçularımız oyuna çıxıb meydanda ölməyə hazır olmalıdırlar
08.10.2010 - 10:13
“Azərbaycan yığması səfərdə əzmkarlıq nümayiş etdirərək, layiqli oynayacaq. Fikrimcə, heç olmasa uduzmayacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov deyib.
Bu gün Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Avstriya – Azərbaycan oyununa münasibətini bildirən Məmmədov rəqibi elə də güclü saymır: “Hər bir görüşdə 11 nəfər eyni sayda futbolçuya qarşı mübarizə aparır. Mən avstriyalıların heç birini ulduz saymıram və rəqibin üzvlərini hansısa bacarıqlarına görə Berti Foqtsun yetirmələrindən artıq hesab etmirəm. Bunun üçün futbolçularımız oyuna çıxıb meydanda ölməyə hazır olmalıdırlar”.
Qeyd edək ki, Avstriya – Azərbaycan oyunu bu gün saat 23:30-da start götürəcək.
Tahir HÜMMƏTOV

- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək
- Goranboy şəhəri “Gənclər Paytaxtı” seçilib - FOTO
- Azərbaycan Gənclərinin XI Forumunun ikinci günü Xankəndidə davam edib - FOTO
- Ülviyyə Axundova: “Azərbaycan Gənclərinin XI Forumu xüsusi əhəmiyyət daşıyır”
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
0
0