Berti Foqts Avropada beşinci ən yaşlı baş məşqçidir
08.10.2010 - 10:31
Berti Foqts Avropada beşinci ən yaşlı baş məşqçidir
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Avro-2012-nin seçmə mərhələsində iştirak edən həmkarları arasında ilk onluğa düşüb. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis 10 ən yaşlı baş məşqçi arasında 5-ci yerdə gedir. Bu ilin dekabrın 30-da 64 yaşı tamam olacaq Foqts hollandiyalı Qus Hiddink və italyan Fabio Kapello kimi 1946-cı il təvəllüdlü olsa da, onlardan gün etibarilə kiçikdir. Ən yaşlı baş məşqçi isə bizlərə də yaxşı tanış olan Covanni Trapattonidir. 2002-ci ilin sentyabrında İtaliya yığmasının çalışdırıcısı kimi Bakıya gələn təcrübəli mütəxəssis Avro-2012-nin iştirakçıları arasında 70 yaşı haqlayan yeganə şəxsdir.

Qeyd edək ki, cari seçmə mərhələdə ən cavan baş məşqçi Ermənistan yığmasının çalışdırıcısı Vardar Minasyandır (36 yaş 276 gün).

Yaş

Məşqçi (Ölkə)

Yığma

71 yaş 205 gün

Covanni Trapattoni (İtaliya)

İrlandiya

68 yaş 169 gün

Eqil Olsen (Norveç)

Norveç

64 yaş 112 gün

Fabio Kapello (İtaliya)

İngiltərə

63 yaş 334 gün

Qus Hiddink (Hollandiya)

Türkiyə

63 yaş 282 gün

Berti Foqts (Almaniya)

Azərbaycan

63 yaş 11 gün

Dik Advokat (Hollandiya)

Rusiya

62 yaş 208 gün

Bernd Ştanqe (Almaniya)

Belarus

61 yaş 269 gün

Ottmar Hitsfeld (Almaniya)

İsveçrə

61 yaş 55 gün

Morten Olsen (Danimarka)

Danimarka

60 yaş 85 gün

Şandor Eqervari (Macarıstan)

Macarıstan