Hiddink: Azərbaycanla oyunda xal itkisini özümüzə yol verə bilmərik
08.10.2010 - 11:24
“Əlbəttə, Almaniya ilə oyun xüsusi əhəmiyyət kəsb edir. Bu, bütün Avropanın izləyəcəyi qrupun favoritlərinin görüşüdür. Oyunu bizim üçün ən əhəmiyyətli saymalı olduğumuzu bilmirəm. Qazaxıstan və Azərbaycanla görüşlər də vacibdir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink deyib.
Bu gün Avro-2012-nin seçmə mərhələsində Almaniya millisi ilə səfər oyununa çıxacaq “ay-ulduzlular” oktyabrın 12-də Azərbaycan yığmasının qonağı olacaq. Berlində açıq oyun gözləyən Hiddink Bakıda xal itirməyi yolverilməz sayır: “Mən Almaniya yığmasından açıq futbol gözləyirəm. Almaniya yığması son illərdə Avropada ən güclü komanda olub. O, qitənin ən yaxşı hücum edən yığmalarındandır. Bizə belə rəqiblə görüşdə öz gücümüzü yoxlamaq çox maraqlı olacaq. Eyni zamanda bu, cari seçmə mərhələnin yalnız bir oyunudur. Azərbaycan və Qazaxıstanla oyunlar bizim üçün az əhəmiyyətli deyil. Biz bu görüşlərdə xal itirməyi özümüzə yol verə bilmərik. Məqsədimiz qrupdan çıxmaqdır. Buna görə istənilən rəqibdən xal götürməliyik. Artıq 6 xalımızın olduğuna görə razıyam. Bu impulsu saxlamalıyıq”.
Hollandiyalı mütəxəssis Almaniyada yaşayan çoxsaylı türklərdən güclü dəstək gözləyir: “Sözsüz ki, stadionda çoxlu türk azarkeşlərinin gələcəyinin gözlənilməsi bizim üçün çox yaxşıdır. Onlarla bağlı proqnoz doğrularsa və Berlindəki stadionunda bizi 30 min nəfər dəstəkləyərsə, buna çox sevinərəm”.
Qeyd edək ki, Hiddink ötən seçmə mərhələdə Rusiya yığmasının baş məşqçisi kimi evdə yığmamıza qalib gəlsə də (2:0), Bakıda xal itirdi – 1:1.

- Azərbaycanda keçiriləcək III MDB Oyunlarının medalları təqdim olunub
- III MDB Oyunları üçün qeydiyyatdan keçən ölkələrin və idmançıların sayı artıb
- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
0
0