Azərbaycan yığması Vyanada qol vuracaq
08.10.2010 - 11:36
Azərbaycan milli komandası Avro-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün keçirəcəyi oyunda qol vuracaq. Apasport.az saytının məlumatına görə, Avstriya yığmasının qonağı olan Berti Foqtsun yetirmələrinin bunu bacaracağını tarix göstərir. Belə ki, Vyanadakı görüşün meydan sahibləri tarix boyu oktyabrın 8-dəki qarşılaşmalarda qol buraxıb.
İlk rəsmi oyununu 1901-ci ildə keçirən “ağ-qırmızılar” indiyədək 3 dəfə bugünkü tarixdə meydana çıxıblar. 60 il əvvəl yoldaşlıq oyununda Yuqoslaviya ilə görüşən rəqibimiz qonaqların qapısını “aşsüzən”ə döndəriblər. Lakin avstriyalıların özü də qol buraxıblar – 7:2.
Bir də 30 ildən sonra oktyabrın 8-də oyun keçirən rəqibimiz Macarıstan millisi ilə yoxlama oyununda qalib gəlib. Lakin bu dəfə də Avstriya yığmasının qapısına yol tapan olub – 3:1.
“Das Team” adını daşıyan komandanın bu tarixdəki sonuncu matçı isə seçmə xarakteri daşıyıb. DÇ-2006-nın seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alan Avstriya və İngiltərənin Böyük Britaniyadakı matçı meydan sahiblərinin qələbəsi ilə əlamətdar olub – 1:0.
Avstriyalıların oktyabrın 8-də qol buraxmaq ənənəsini davam etdirmək isə yığmamızın üzvlərinin üzərinə düşür.

- Azərbaycanda keçiriləcək III MDB Oyunlarının medalları təqdim olunub
- III MDB Oyunları üçün qeydiyyatdan keçən ölkələrin və idmançıların sayı artıb
- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
0
0