Vaqif Sadıqov: Yığmamızın Avstriyada uduzacağına inanmıram
08.10.2010 - 11:54
“Avstriya ilə qarşılaşmada komandamızdan bizi qane edəcək nəticə və yaxşı oyun gözləyirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vaqif Sadıqov deyib.
Avro-2012-nin seçmə qrup mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxacaq milli komandamız səfərdə Avstriya yığması ilə qarşılaşacaq. İlk oyunda Almaniyaya böyük hesabla məğlub olan (1:6) yığmamızın bu dəfə azarkeşləri ən azı yaxşı oyunla sevindirəcəyinə inananların sayı çoxdur. Bugünkü rəqiblə oyunda yığmamıza yeganə xalı qazandıran Sadıqov millimizin qrupun ortabablarından olması üçün Avstriya ilə matçda xal qazanmasının vacibliyini qeyd edib: “Nə qədər ağır olsa da, Avstriya ilə oyunda nəticə qazanıb, qrupun ortabablarından birinə çevrilməliyik. Berti Foqts artıq 3 ildir millinin “sükan”ı arxasındadır. Yığmanın “oturuşmuş” heyəti və oyun seximi var. Futbolda hər cür nəticə qeydə alına bilər. Məğlub olmaq da olar, amma pis oynamaq yox. Sona qədər mübarizə aparmaq vacibdir”.
Təcrübəli mütəxəssis futbolçuların Almaniyaya məğlubiyyəti unutduqlarına və gələcəyə baxdıqlarına inanır: “Qarşıdan Türkiyə ilə oyun da gəlir. Amma bugünkü oyunun nəticəsindən çox şey asılıdır. Proqnoz verməyi xoşlamıram. Onu deyə bilərəm ki, məğlubiyyətdən başqa bütün nəticələrə inanıram. Türkiyə ilə oyun maraqlı olacaq. Yığmamız evdə həmişə yaxşı oynayır. Ona görə də Türkiyəyə qarşı da yaxşı çıxış edəcəyinə inanıram. İndiyə qədər baş tutan oyunları təhlil etsək, bu iki komanda arasındakı oyunların ağır keçdiyinin şahidi olarıq. Fikrimcə, millimiz doğma meydanda azarkeşləri yaxşı oyunu ilə sevindirəcək”.
Sadıqov Türkiyə ilə oyuna marağı artıran məqamların olduğunu da qeyd edib: “Bu gün Türkiyə Superliqasında cəmi bir futbolçumuz çıxır. Ancaq bu iki ölkənin millisinin qarşılaşmasından sonra onların sayı xeyli artacaq. Bunu futbolçular da dərk edirlər”.
Qeyd edək ki, hazırda Superliqada yeganə təmsilçimiz hələ “Əskişəhərspor” klubunda debüt etməyən yığmamızın kapitanı Rəşad Sadıqovdur.

0
0