Yığmamız Türkiyə qarşısına darmadağınla çıxır
09.10.2010 - 00:24
Yığmamız Türkiyə qarşısına darmadağınla çıxır
Avro-2012-nin seçmə mərhələsində növbəti oyunlar baş tutub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi ardıcıl ikinci səfər oyununu Vyanada keçirib və yenə darmadağınla üzləşib. Avstriya yığmasının qonağı olan komandamız yenə böyük hesabla uduzublar - 0:3.

Bu rəqiblə debüt oyununu da Vyanada keçirən (2004-cü ildə) millilərimiz 0:2 hesabı ilə uduzsa da, bundan bir il sonra Bakıdakı görüşdə xal ala bilmişdi – 0:0. Cari seçmə mərhələnin startında Almaniya yığmasından ağır zərbə (1:6) aldığımızı nəzərə alsaq, növbəti səfər oyununda nəticə qazanmaq ilk növbədə özünəinamı artırmaq baxımından vacib idi. Lakin cəmi 4 gün sonra Bakıda Türkiyə yığmasını qəbul edəcək millimiz həmin görüşə yüksək əhval-ruhiyyədə yollanmağı bacarmadı.

Avro-2012-nin seçmə mərhələ oyunu

23:30. AVSTRİYA – AZƏRBAYCAN - 3:0
QOLLAR: Prodl, 3, Aarnautoviç, 52, 90
Baş hakim: Nikolay Vollkvarts (Danimarka)
Vyana. “Ernst Happel” stadionu
AVSTRİYA: 1. Jürgen Maço, 3. Franz Schiemer, 5. Kristian Fuks (k), 8. Zlatko Yunuzoviç, 11. Marko Arnautoviç, 15. Sebastyan Prödl, 16. Paul Şarner, 17. Florian Kleyn, 19. Martin Harnik, 20.Roland Linz, 22. Stefan Maierhofer
AZƏRBAYCAN: 1.Kamran Ağayev, 2. Rail Məlikov, 3. Saşa Yunisoğlu, 4. Mahir Şükürov, 5. Elnur Allahverdiyev, 7. Vaqif Cavadov, 9. Samir Abasov, 10. Elvin Məmmədov, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov (k), 19. Rahid Əmirquliyev

Oyun başladı
2. Saşa Yunisoğlunun səhvindən sonra qapımız ağzında təhlükəli epizod yarandı. Saşa Rəşad Sadıqovla birlikdə bu səhvi sığortalayıb topu küncə çıxardılar
3. Yunuzoviçin ötürməsindən sonra Samir Abasovla mübarizə aparan Prodl başla hesabı açdı – 1:0.
7. Elnur Allahverdiyev rəqibə qarşı kobudluğa görə sarı vərəqə aldı
10. Rauf Əliyevin qarşısına yalnız kobudluqla aldılar. Prodl sarı vərəqə alması hesabına hücumçumuzun cərimə meydanına girməsinə mane oldu
17. Vaqif Cavadovun uzaq künc zərbəsindən sonra Maço məharətini göstərərək topu tutdu. Az sonra isə Vaqifin növbəti zərbəsində dəqiqlik çatmadı.
26. Arnautoviçin sol cinahdan ötürməsindən sonra Mayerhoferin başla fərqlənməsinə Kamran Ağayev imkan vermədi.
32. Arnautoviç zərgər dəqiqliyi ilə Harnikə ötürmə etdi. Lakin qapı agzında nəzarətsiz qalan Harnikin ləngiməsindən yararlanan Sadıqov topa yiyələnərək təhlükəni sovuşdurdu.
36. Harnikə qarşı kobud oynayan Yunisoğlu sarı vərəqə aldı.
41. Yunisoğlu və Arnautoviç eyni epizodda yıxılaraq yerdə qaldılar. Oyunu dayandırmayan meydan sahiblərinin futbolçusu Mayerhofer 22-23 metrdən Kamranın sayıqlığını yoxladı. Qapımız güclü zərbəni qaytara bildi.
43. Futbolçularımızın topla yaxşı davrandığını görən avstriyalılar ardıcıl qayda pozuntularına yol verdilər. Əvvəl Şarner, ardınca Mayerhofer futbolçumuzun qarşısını kobudluqla dayandırmağa məcbur oldu.
Komandalar fasiləyə elə yalnız 3-cü dəqiqədə vurulan yeganə qolla yollandılar.

İkinci hissə başladı.
46. Mərkəzdən millimiz başlasa da hücum kəsərsiz alındı.
47. Avstriyalılar isə hücumu Şarnerin zərbəsi ilə tamamlaya bildilər.
53. Arnautoviç Allahverdiyevi aldadıb Mayerhoferi zərbə mövqeyinə çıxardı. Sonuncunun ardıcıl iki zərbəsi hədəfə düşməsə də, sıçrayan topa yiyələnən Arnautoviçin öü fərqi artırdı - 2:0.
60. Foqts ikinci hücumçunu meydana buraxdı. O, Elvin Məmmədovu Vüqar Nadirovla əvəzləməyi lazım bildi.
68. İkinci qoldan sonra daha da həvəslənən meydan sahibləri növbəti dəfə Şarnerin ifasındakı uzaq zərbə ilə Kamrana həyəcan yaşatdı. Top tirin üstündən keçdi.
73. Cərimə meydanına daxil olaraq yerə yıxılan Rauf Əliyev simulyasiyaya görə sarı vərəqə aldı.
75. Vaqif Cavadov meydanı tərk etdi, əvəzində Rəşad Sadiqov oyuna daxil oldu.
79. Künc zərbəsindən sonra millimiz fərqi minimuma endirə bilərdi. Lakin nə Rauf, nə də Samir qapıya paralel hərəkət edən topa dəqiq zərbə vura bilmədi.
86. Hakim Baumqartlingerə qarşı kobud oynayan Raufu bağışladı. Əks halda o, ikinci sarı vərəqə üzündən meydanı tərk edəcəkdi.
90. Hakim Hofferə qarşı qayda pozuntusuna yol verən Saşanı da bağışladı.
90+1. Kavlakın ötürməsindən sonra arnautoviç dublunu və böyük hesablı qələbəni rəsmiləşdirir.
Oyun avstriyalıların 3:0 hesablı qələbəsi ilə başa çatdı.