Arda Turan Bakıya gələ bilməyəcəyinə görə çox üzülüb
08.10.2010 - 17:14
Arda Turan Türkiyə yığmasının heyətində Avro-2012-nin seçmə mərhələsinin Almaniya və Azərbaycan yığmaları ilə səfər oyunlarında iştirak edə bilməyəcəyinə görə çox üzgündür. Apasport.az saytının məlumatına görə, Berlində yığmanın düşərgəsini tərk edərək, səssiz-səmirsiz İstanbula gələn “Qalatasaray”ın kapitanı durumu ilə bağlı açıqlamaları orada edəcəyini bildirib. Ancaq Atatürk hava limanına enən Arda klub meneceri Cenk Ergünlə görüşdükdən sonra “Qalatasaray”dan gələn qadağa üzündən jurnalistlərlə söhbətləşməyərək, oradan ayrılıb.
Bu gün geniş müayinə olunacaq Turanın üzləşdiyi problemin nə qədər çəkəcəyi dəqiqləşəcək. Hələ sentyabrın 7-də Belçika yığması ilə ev oyununda aldığı zədə üzündən bir aydır oynamayan yarımmüdafiəçi lazım olarsa, gələn bazar ertəsi cərrahiyyə əməliyyatı olunacaq. Bundan bir gün sonra isə Türkiyə yığması Bakıda milli komandamızla rəsmi oyuna çıxacaq.

0
0