Rauf Əliyev: Məni yıxan futbolçu da penalti olduğunu etiraf etdi
09.10.2010 - 01:29
“Həmin epizodda mənə qarşı kobudluq edilmişdi. Hakim 11 metrlik cərimə zərbəsi təyin etməli idi”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının futbolçusu Rauf Əliyev deyib.
Milli komandamız Avropa çempionatının seçmə mərhələsində keçirdiyi ikinci səfər matçında da məğlub oldu. Vyanadakı “Ernst Happel” stadionunda hesabda iki top fərqi ilə geridə olduğumuz zaman Əliyev rəqibin cərimə meydançasında kobudluqla üzləşsə də, hakim penalti əvəzinə futbolçumuza sarı vərəqə göstərdi: “Məni yıxan futbolçu özü sonra etiraf etdi ki, həqiqətən də hakim penalti nöqtəsini göstərməli idi. Amma biz Azərbaycan yığması olduğumuz üçün hakim bunu lazım bilmədi. Əgər penalti təyin edilsəydi, oyunun sonunadək kifayət qədər vaxt qaldığından hesabı bərabərləşdirə də bilərdik”.

- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0