Türkiyə yığması Bakıya daha bir itki ilə gəlir
09.10.2010 - 09:37
Avro-2008-in seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq Türkiyə yığması daha bir itki ilə üzləşib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Almaniya ilə görüşün 24-cü dəqiqəsində zədələnərək yerini Tuncay Şanlıya verən Mehmet Aurelio Berti Foqtsun yetirmələrinə qarşı oyunda forma geyinməyəcək. Onun zədəsinin ciddi olduğu və 2-4 həftə meydandan uzaq qalacağı bildirilir.
Qeyd edək ki, Aureliodan öncə Arda Turan da eyni aqibətlə üzləşmişdi. “Qalatasaray”lı futbolçu tək Azərbaycan deyil, Almaniya ilə oyunda da meydana çıxmaqdan məhrum olduğundan vətəninə qayıtmışdı.
Azərbaycan – Türkiyə görüşü oktyabrın 12-də keçiriləcək.

- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
0
0