Qus Hiddink: Bunun üçün Azərbaycanla oyunu düşünməliyik
09.10.2010 - 09:50
“Almaniya layiqli oynayaraq qələbə qazandı. Dünya üçüncüsünə qarşı mübarizə aparırdıq. Lakin hesab 0:0 olarkən hesabda irəli keçmək şansımızı əldən verdik və rəqib bundan məharətlə istifadə etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink deyib.
Azərbaycan yığması ilə eyni qrupda yer alan “ay-ulduzlu” komanda III turda ilk məğlubiyyətini Almaniya futbolçularından alıblar. Hiddink bildirib ki, onlar növbəti oyunda bu uğursuzluğu unutdurmağa çalışacaqlar: “Almanlara uduzmağımızı faciə adlandırmaq düz olmaz. Bunun üçün hazırda zədəli futbolçularımızın son vəziyyəti ilə tanış olaraq Azərbaycan yığması ilə oyunu düşünməliyik. Bu matça kimi bütün problemləri unudaraq, növbəti rəqibi analiz etməliyik. Artıq Berti Foqtsun yetirmələrinə qarşı hazırlaşmağımız lazımdır. Çünki onlarla qarşılaşma almanlardan fərqi olacaq”.
Qeyd edək ki, Azərbaycan – Türkiyə matçı saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
- Paris-2024 medalları dəyişdirilir: Azərbaycan idmançılarına yeniləri veriləcək
- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək
- Goranboy şəhəri “Gənclər Paytaxtı” seçilib - FOTO
- Azərbaycan Gənclərinin XI Forumunun ikinci günü Xankəndidə davam edib - FOTO
0
0