“Allah bizi qorudu ki, 3:0 hesabı ilə uduzduq”
10.10.2010 - 15:43
“Almaniyada bir bacıoğlum var. Türkiyə yığmasının oyununu izləməyə getmişdi. Matç bitincə mənə zəng etdi. Məndən soruşdu ki, bəs bazar ertəsi işə nə üzlə gedim?”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyənin “Beşiktaş” klubunun futbolçusu İbrahim Üzülməz deyib.
Təcrübəli müdafiəçi Almaniya milli komandasına 3:0 hesabı ilə uduzan Türkiyə yığmasının Avro-2012-nin növbəti seçmə oyununa nikbin baxır. Üzülməz oktyabrın 12-də Bakıda Azərbaycan millisinə qarşı matçda həmyerlilərindən yalnız 3 xal gözləyir: “Berlinin Olimpiya stadionunda həqiqətən bərbad Türkiyə yığması izlədik. Almaniya yığması dünya çempionatının final mərhələsində Argentinaya qarşı oynadığı oyunu göstərsəydi, tarixi bir nəticə qeydə alınardı. Bizi Allah qorudu. Amma hər halda qrupda heç nə bitməyib. İnşallah, Allah qoysa Azərbaycan tığması ilə oyunda qələbə qazanarıq. Mənim milliyə qayıtmaq arzum isə hələ davam edir”.

0
0