Sərvət Çətin Respublika stadionuna maskada çıxacaq
10.10.2010 - 16:00
Türkiyə milli komandasının futbolçusu Sərvət Çətinin Avro-2012-nin oktyabrın 12-də keçiriləcək görüşdə Azərbaycan yığmasına qarşı oyunda forma geyməsi sual altındadır. Apasport.az saytının məlumatına görə, oktyabrın 8-də Almaniyaya qarşı səfərdə keçirilən oyunda burnu sınan müdafiəçi meydana çıxacağı halda maska geyəcək. Yığmanın həkimi Çingiz Dinc Sərvətin müayinəsindən sonra bildirib ki, onunla bağlı son qərar oyun günü veriləcək. Onun sözlərinə görə, Çətin oynamalı olarsa, mütləq üzünə qoruyucu maska taxmalıdır. Əks halda burnundakı xəsarəti təzələməklə durumunu daha da ağırlaşdıra bilər.
Qeyd edək ki, oktyabrın 12-də baş tutacaq Azərbaycan – Türkiyə oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Qeyd edək ki, oktyabrın 12-də baş tutacaq Azərbaycan – Türkiyə oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
0
0