Qus Hiddink Bakıda mətbuat konfransı keçirəcək
10.10.2010 - 23:00
Türkiyə milli komandasının baş məşqçisi Qus Hiddink Bakıda mətbuat konfransı keçirəcək. Apasport.az saytının məlumatına görə, hollandiyalı mütəxəssis Avro-2012-nin seçmə mərhələsi çərçivəsində, oktyabrın 12-də baş tutacaq Azərbaycan – Türkiyə matçı ilə bağlı fikirlərini bugünki tədbirdə açıqlayacaq.
Qarşılaşmadan bir gün əvvəl oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda son məşqinə çıxacaq türkiyəlilərin çalışdırıcısı hazırlıqlar başlamamış sualları cavablandıracaq. Stadionun konfrans zalında baş tutacaq tədbirdə Hiddinklə yanaşı iki futbolçu da iştirak edəcək. Bu oyunçuların adları tədbir ərəfəsində açıqlanacaq.
Qeyd edək ki, Türkiyə yığmasının 15 dəqiqəsi mətbuata açıq olan məşqi saat 19:00-da başlayacaq. Mətbuat konfransının 18:15-də başlaması nəzərdə tutulub.

- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
0
0