Türkiyə yığmasında köklü islahatlar
11.10.2010 - 09:18
Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla oyunda heyətdə xeyli dəyişikliklər edəcək. Apasport.az saytının məlumatına görə, hollandiyalı mütəxəssis Berlində Almaniyaya böyük hesabla uduzduqları görüşdə (0:3) ilk dəqiqələrdə meydanda olan müdafiəçilər Ömər Ərdoğan, Səbri Saroğlu, yarımmüdafiəçilər Nuri Şahin, Özər Hurmaçı və hücumçu Xəlil Altıntopu bu dəfə ehtiyatda saxlayacaq.
Zədəli Hakan Baltanın yoxluğunda məcburiyyətdən müdafiənin sağ cinahından soluna keçirilən Səbrini İbrahim Köybaşı əvəzləyəcək. Müdafiənin mərkəzində Ömərin yerinə İbrahim Toramana şans veriləcək. İbrahimlər almanlarla oyunda sona kimi ehtiyatda qalmışdılar.
Yarımmüdafiənin sol cinahında yer alan Nurini Tuncay Şanlı əvəz edəcək. Tuncay Berlindəki görüşün ilk hissəsinin ortasında ağır zədələnən Mehmet Aurelionu əvəzləmişdi. Bir aylığa sıradan çıxan Mehmet ümumiyyətlə heyətdən çıxarılaraq, Bakıya da gəlməyib. Onun əvəzinə dayaq yarımmüdafiəçisi mövqeyində Səlcuk İnan oynayacaq. Yarımmüdafiənin sağ cinahında Özər Hurmaçının yerinə Almaniyada meydana çıxmayan Nihat Kahveçiyə şans veriləcək.
Nəhayət, almanlarla oyunda real qol imkanlarını qaçıran, əhval-ruhiyyəsi korlanan, hətta bu üzdən Bakıya gəlmək istəməyən Xəlil Semih Şəntürklə əvəzlənəcək. Hiddink ötən oyunda Semihi məhz Xəlilin yerinə ikinci hissədə buraxmışdı.

- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0